9 May – Faşizm Üzərində Qələbə Günü münasibətilə bütün xalqımızı səmimi qəlbdən təbrik edirik.
Bu əlamətdar tarix dünya tarixində sülhün, azadlığın və insanlığın qaranlıq ideologiya üzərində qələbəsinin rəmzidir. Müharibə illərində göstərilən qəhrəmanlıq, fədakarlıq və birlik nümunələri bu gün də gələcək nəsillər üçün dəyərli örnəkdir.
Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası olaraq, qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edir, ölkəmizə davamlı sülh, rifah və tərəqqi arzulayırıq.