Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA) 22 may 2026-cı il tarixində keçiriləcək WUF13 – Dünya Şəhərsalma Forumunda ölkəmizi təmsil edəcək.
ATMİA tərəfindən təşkil olunacaq “Dayanıqlı Şəhərlərin İnkişafında Özəl Sektorun Rolu” mövzusunda sessiyada tikinti materialları sektorunun, sənaye tərəfdaşlıqlarının və özəl sektorun dayanıqlı şəhərlərin qurulmasındakı rolu müzakirə ediləcək. Sessiyada innovativ həllər, beynəlxalq əməkdaşlıq imkanları və uğurlu təcrübələr təqdim olunacaq.
Tarix: 22 may 2026
Saat: 10:00
Məkan: Bakı Olimpiya Stadionu, Business and Innovation Hub
ATMİA üzvlərini və tərəfdaşlarını bu mühüm beynəlxalq tədbirə qoşulmağa dəvət edirik.
İştirak etmək və ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz: 📞 050 265-36-34