Bakıda Türkiyənin Ticarət Nazirliyinin koordinasiyası və Türkiyə İxracatçılar Assambleyasının təşkilatçılığı ilə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və AZPROMO-nun tərəfdaşlığı çərçivəsində “Türkiyə–Azərbaycan ticarət nümayəndə heyəti və B2B görüşləri” baş tutub.
ATMİA üzvləri və əməkdaşlarının da iştirak etdiyi tədbirdə iş adamları arasında birbaşa əlaqələri gücləndirmək, yeni tərəfdaşlıqlar yaratmaq və iki ölkə arasında ticarət dövriyyəsinin artımına töhfə vermək kimi bir sıra məsələlər müzakirə edilmişdir.
