29 aprel tarixində Sahibkarlıq Gününə həsr olunmuş "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarov, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Anar Əliyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Anar Quliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri cənab Orxan Məmmədov və digər rəsmi şəxslər çıxış etmişlər.
Çıxışlarda ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, kiçik və orta sahibkarlığa göstərilən dövlət dəstəyi, eləcə də dayanıqlı iqtisadi inkişaf istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmişdir.
Qeyd etmək istəyərdik ki, yeni Baş Katib vəzifəsinə təyin olunmuş hörmətli Sevda Quliyeva, Assosiasiyanın mütəxəssisi Mirdamət Ərəbov və digər ATMİA üzvləri tədbirdə iştirak etmişlər.