WUF13 çərçivəsində Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA) tərəfindən “Dayanıqlı Şəhərlərin Qurulmasında Özəl Sektorun Aparıcı Rolu” mövzusunda panel müzakirəsi keçiriləcək.
Panel zamanı dayanıqlı şəhərlərin inkişafında özəl sektorun rolu, innovativ yanaşmalar, sənaye əməkdaşlıqları və davamlı urbanizasiya istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılacaq.
Tədbirdə moderator və spiker qismində sektorun aparıcı nümayəndələri və peşəkar mütəxəssisləri iştirak edəcəklər.
ATMİA olaraq sizi panel müzakirəsinə qoşulmağa və dayanıqlı şəhərlərin gələcəyinə dair dəyərli müzakirələrin bir parçası olmağa dəvət edirik.
📅 22 may 2026
🕙 10:00
📍 Bakı Olimpiya Stadionu / Urban Expo / Business and Innovation Hub