Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) da təmsil olunduğu Tikinti sahəsində bacarıqların inkişaf etdirilməsi üzrə Sahə Komissiyasının növbəti onlayn iclası keçirildi.
İclas çərçivəsində “Gips, karton lövhələrin quraşdırılması üzrə usta” peşə standartı da daxil olmaqla tikinti sektorunda ixtisas standartlarının təkmilləşdirilməsi, əmək bazarının tələblərinə uyğunlaşdırılması və sahənin inkişafına dair təkliflər müzakirə olundu.
Müzakirələr zamanı iştirakçılar öz fikir və tövsiyələrini bölüşərək peşə bacarıqlarının artırılması və tikinti sektorunda insan kapitalının inkişafı istiqamətində əhəmiyyətli məsələlərə toxunuldu.