Dəyərli izləyicilər,
25 aprel 2025-ci il tarixində tam hüquqlu üzvümüz “VEKA” şirkəti istehsal etdiyi innovativ PVC plastik pəncərə və qapı profillərin təqdimatını keçirdi. İştirakçılar “VEKA” təcrübəsi və şirkətin son yenilikləri barədə maraqlı məlumatlar əldə etdi. Sonra tədbirdə iştirak edən ATMİA üzv şirkət rəhbərləri "Müasir bazar şəraitində satışların artırmağın yolları" mövzusunda xaricdən dəvət olunmuş biznes ekspert Elena Smetskayanın təqdimatında mühazirəni dinlədilər. Sonda iştirakçılarının şərəfinə axşam ziyafəti verildi, sahibkarların xoş təəssüratları ilə tədbir uğurla sona çatdı.
Hörmətli assosiasiya üzvləri! Siz də məhsullarınızı və xidmətlərinizi düzgün hədəf kütlə qarşısında tanıtmaq istəyirsizsə, ATMİA-ya müraciət edin.
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +99450 265 36 34; +99410 250 03 24
Email: info@atmia.az