Dəyərli izləyicilər,
28 oktyabr tarixində Afrika-Azərbaycan Əməkdaşlıq Təşkilatının təşəbbüsü ilə Efiopiya Ticarət Palatası nümayəndələri ilə onlayn formatda görüş keçirildi.
Azərbaycan və Efiopiya arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi məqsədilə keçirilən görüşdə Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının Baş Katibi Kəmalə İsgəndərova iştirak edərək Assosiasiyanın fəaliyyəti barədə iştirakçılar məlumatlandırdı və Assosiasiya ilə Efiiopiya Ticarət Palatası arasında iqtisadi əlaqələrin genişlənməsi, üzv şirkətlərin bu istiqamətdə maraqlarının olduğunu bildirdi.
Görüşdə iştirak edən Assosiasiya üzvləri təmsil etdikləri şirkətlərin fəaliyyəti barədə tanıtım təqdimatları ilə çıxış etdilər.
Görüşdə fəal iştirak edən bütün üzvlərimizə təşəkkür edir və gələcək beynəlxalq əlaqələrdə bu fəallığın davamını arzulayırıq.
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +99450 265 36 34; +99410 250 03 24
Email: info@atmia.az