Bu gün Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası bir qrup üzv Şirkətlə birlikdə ATO Slim Şirkətinin ofisini ziyarət edib.
Ziyarət çərçivəsində Şirkətin Direktoru Azad bəy və Günay xanım tərəfindən iştirakçılara Şirkətin fəaliyyəti, istehsal istiqamətləri və premium klass radiator məhsulları haqqında ətraflı məlumat təqdim olunub, qonaqların sualları cavablandırılıb.
ATMİA olaraq üzv Şirkətlər arasında əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və yerli istehsalın tanıdılması istiqamətində bu cür görüşlərin davam etdirilməsi nəzərdə tutulur.