ATMİA-nın təşkilatçılığı ilə “Kral SR Construction” MMC-nin Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən yeni açılmış plazasına “infotour” xarakterli ziyarət baş tutdu. Əvvəlcə ofisdə çay masası ətrafında şirkətin fəaliyyəti, plazanın imkanları və sahibkarlar üçün yaradılan şərait barədə ətraflı təqdimat keçirildi. Daha sonra iştirakçılar binanın mərtəbələrini ziyarət edərək ofis sahələri ilə yerində tanış oldular. Yeni biznes imkanları və əməkdaşlıq perspektivləri baxımından məhsuldar və faydalı görüş oldu.