Dəyərli izləyicilər,
20.06.2025-ci il tarixində ATMİA üzvləri Azpromo-nun təşkilatçılığı ilə keçirilən “III Azərbaycan–Özbəkistan Regionlararası Forumu”nda iştirak etdilər. Azərbaycan Respublikasının iqtisadiyyat naziri cənab Mikayıl Cabbarov, Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri cənab Laziz Kudratov, KOBİA-nın İdarə Heyətinin sədri cənab Orxan Məmmədov və Azpromo-nun icraçı direktoru cənab Yusif Abdullayev tədbirdə çıxış etdilər. Sonra üzvlərimiz Özbəkistandan gələn iş adamları ilə biznes əməkdaşlıq imkanlarını müzakirə etdilər.
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +99450 265 36 34; +99410 250 03 24
Email: info@atmia.az