Dəyərli izləyicilər!
Bu gün Azərbaycan milli mətbuatının 150 illiyi qeyd edilir. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın təməlini qoymuşdur.
Ötən 150 il ərzində Azərbaycan mətbuatı cəmiyyətin maarifləndirilməsi, ictimai rəyin formalaşdırılması istiqamətində mühüm rol oynamışdır.
Bu əlamətdar gün münasibətilə ölkəmizin mətbuat nümayəndələrini, jurnalistləri səmimi qəlbdən təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayırıq.