Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası tərəfindən #WUF13 çərçivəsində təşkil olunan “Dayanıqlı Şəhərlərin Qurulmasında Özəl Sektorun Aparıcı Rolu” mövzusunda panel müzakirəsi uğurla baş tutub.
Moderator Sevda Quliyeva vurğuladı ki, dayanıqlı şəhərlərin formalaşdırılması dövlət, özəl sektor və cəmiyyət arasında güclü tərəfdaşlıq, innovasiya və insan yönümlü yanaşma əsasında mümkündür.
Paneldə "Matanat A" Şirkətlər Qrupu, Buro7 və Albedo Group nümayəndələri çıxış edərək innovasiya, texnologiya, sosial məsuliyyət və insan yönümlü yanaşmanın gələcəyin şəhərlərinin inkişafındakı əhəmiyyətini qeyd ediblər. Müzakirə zamanı “Matanat A” Şirkətlər Qrupunun HSE Departamentinin direktoru Rüfət Əliyev qeyd edib ki, “Matanat A” şirkəti müasir tikinti materialları, innovativ quru divar sistemləri və nanotexnologiya ilə gücləndirilmiş həllər vasitəsilə yanğın təhlükəsizliyi, enerji effektivliyi, konstruktiv dayanıqlıq və uzunmüddətli istismar tələblərinə cavab verən müasir şəhər infrastrukturunun formalaşdırılmasına töhfə verir. Qeyd edək ki, 4 sistem, 27 məhsul qrupu üzrə 3000-ə yaxın məhsul çeşidi istehsal edən “Matanat A” şirkəti bu gün “MATANAT” ticarət markası adı altında Qazaxstan, Gürcüstan, İraq, Ukranya, Özbəkistan və digər xarici ölkələrə ixrac edir.
ATMİA panelə töhfə verən bütün spikerlərə təşəkkür edərək, dayanıqlı və innovativ şəhərlərin qurulması istiqamətində əməkdaşlığın daha da genişlənəcəyinə inandığını bildirib.