Aprel Döyüşləri – Qəhrəmanlıq və Qürur Tariximiz.
İşğal altında olan torpaqlarımızın azad edilməsi ilə başa çatan böyük zəfərin başlanğıcı olan 2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, xalqımızın birlik və qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Bu döyüşlərdə qəhrəmancasına vuruşaraq torpaqlarımızın müdafiəsi uğrunda canından keçən şəhidlərimizin xatirəsi daim ehtiramla yad edilir.
Vətən uğrunda fədakarlıq göstərərək şəhid olmuş soydaşlarımıza rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayırıq!