Dəyərli izləyicilər,
23.07.2025-ci il tarixində Azərbaycan Standartlaşdırma İnstitutunun səlahiyyətli nümayəndələri və ATMİA üzvləri arasında dəyirmi masa tədbiri təşkil olunub. Tədbir zamanı tikinti sahəsində standartların tətbiqi, sertifikatlaşdırma prosesi, standartlara dair təlimlərin keçirilməsi və digər mövzular müzakirə olundu. ATMİA üzvlərinin təklifləri qeyd edildi və suallarına cavab verildi. İştirakçılar tədbirdən məmnun qalaraq, bu növ görüşlərin davamlı şəkildə həyata keçirilməsinə qərar verdilər.
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +99450 265 36 34; +99410 250 03 24
Email: info@atmia.az