Dəyərli izləyicilər,
Azərbaycan Respublikasının İqtisadi Şurasının Sahibkarlıq Fəaliyyətinə Maneələrin Aradan Qaldırılması və Biznes Mühitinin Yaxşılaşdırılması üzrə İşçi Qrupu tərəfindən təşkil olunan Sənaye sahəsində sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin müəyyənləşdirilməsi və müvafiq təkliflərin hazırlanması üzrə Altqrup üzvləri görüş keçiriblər. Görüş zamanı Altqrupun fəaliyyət prinsipləri, qarşıya qoyulan vəzifələr müzakirə olunub, həmçinin, sahibkarlara xüsusi olaraq hazırlanmış economicreforms.gov.az elektron platforması təqdim olunub. Daha sonra Koordinasiya Qrupuna üzvlərin seçilməsi ilə bağlı təlimat təqdim olunub və namizədliyini irəli sürən sahibkarların qeydiyyatı həyata keçirilərək, tərkibi müəyyən edilib. Sonda Altqrupun Koordinasiya Qrupunun üzvlərinin səsverməsi ilə ATMİA-nın İdarə Heyətinin sədri Elxan Bəşirov Koordinasiya Qrupunun rəhbəri seçilib.