6 fevral tarixində ATMİA və “ATOSLİM LUXE” şirkətinin təşkilatçılığı ilə işgüzar səhər yeməyi tədbiri keçirildi. Görüşdə “ATOSLİM LUXE” şirkətinin məhsulları barədə ətraflı məlumat verildi. Assosiasiyanın Baş katibi, əməkdaşları və üzvlərinin iştirak etdiyi tədbirdə biznes mühitinin inkişafı, ATMİA və şirkətlərarası qarşılıqlı əməkdaşlıq, dövlət qurumları ilə görüşlərin təşkili və digər perspektivlər barədə geniş fikir mübadiləsi aparıldı.
“ATOSLİM LUXE” şirkətinin timsalında bütün üzvlərimizin fəaliyyətində uğurlar və davamlı inkişaf arzulayırıq.
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +99450 265 36 34; +99410 250 03 24
Email: info@atmia.az