Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 dekabr 2019-cu il tarixli 475 nömrəli qərarının icrası çərçivəsində, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 26 dekabr 2025-ci il tarixli əmrinə əsasən yaradılmış Bacarıqların İnkişafı üzrə Sahə Komissiyasının növbəti iclası keçirilmişdir.
İclas zamanı 2021-ci ildə təsdiq edilmiş və yenilənməsinə zərurət yaranan peşə adlarının siyahısı, həmçinin növbəti il üçün hazırlanması nəzərdə tutulan yeni peşə və kvalifikasiya standartları üzrə təkliflər müzakirə edilmişdir.
Komissiya üzvlərinin iştirakı ilə sahə üzrə peşə adlarının təkmilləşdirilməsi və yeni standartların hazırlanması istiqamətində fikir mübadiləsi aparılmışdır.